Ana Sayfa > Karusel / Gündəm > AP: ABŞ Kiyevdəki səfirliyini evakuasiya etməyə hazırlaşır

AP: ABŞ Kiyevdəki səfirliyini evakuasiya etməyə hazırlaşır


12-02-2022, 10:44. Yazar: Admin

 AP: ABŞ Kiyevdəki səfirliyini evakuasiya etməyə hazırlaşır

ABŞ Kiyevdəki səfirliyini evakuasiya etməyə hazırlaşır.

Qarabaginfo.az-ın AP-ya istinadən verdiyi xəbərə görə, ABŞ rəsmiləri bildiriblər ki, Dövlət Departamenti bu gün səhər saatlarında bunu elan etməyi planlaşdırır.

Bildirilib ki, səfirliyin az sayda işçisi Kiyevdə qala bilər, lakin səfirlikdəki 200-ə yaxın amerikalının böyük əksəriyyəti Ukraynanın qərbinə, Polşa sərhədinə yaxın əraziyə köçürüləcək.

Dövlət Departamenti bu barədə şərh verməyib.

Xatırladaq ki, daha əvvəl ABŞ Dövlət Departamenti səfirlik işçilərinin ailələrinin Ukraynanı tərk etməsi barədə xəbərdarlıq etmişdi.


Geri dön