Ana Sayfa > Karusel / Gündəm > KİV: Rusiyalı diplomatlar Ukraynanı tərk etməyə başlayıb

KİV: Rusiyalı diplomatlar Ukraynanı tərk etməyə başlayıb


12-02-2022, 10:42. Yazar: Admin

KİV: Rusiyalı diplomatlar Ukraynanı tərk etməyə başlayıb

Rusiyanın Ukraynadakı diplomatik missiyasının əməkdaşları bu ölkəni tərk edir.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə “RİA Novosti” agentliyi öz informasiya mənbələrinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Ukrayna vətəndaşları bu ölkədəki rus diplomatları və konsulluq əməkdaşlarının Rusiyaya getməyə başladığını bildiriblər. Bununla əlaqədar Rusiya səfirliyi və konsulluğuna qəbula yazılmaqda da çətinliklər yaranıb.


Geri dön