Ana Sayfa > Karusel / Dünya > ABŞ Dövlət Departamenti Kiyevdəki səfirliyin təxliyəsini planlaşdırır
ABŞ Dövlət Departamenti Kiyevdəki səfirliyin təxliyəsini planlaşdırır12-02-2022, 10:09. Yazar: Admin |
ABŞ Dövlət Departamenti fevralın 12-də ölkənin Kiyevdəki səfirliyinin təxliyəsini elan etməyi planlaşdırır. Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın adıçəkilməyən rəsmiləri məlumat yayıb. ABŞ-ın ölkədə diplomatik mövcudluğunu davam etdirə bilməsi üçün məhdud sayda amerikalı diplomat Ukraynanın qərbinə, Polşa ilə sərhədə yaxın əraziyə köçürülə bilər. Qeyd edək ki, ABŞ səfirliyi daha əvvəl Rusiyanın işğalı təhlükəsi və koronavirus pandemiyası səbəbindən ölkə vətəndaşlarına müraciət edərək Ukraynaya getməməyə çağırıb.(Report) Geri dön |