Ana Sayfa > Karusel / Dünya > Əfqanıstanda BMT ilə əməkdaşlıq edən jurnalistlər saxlanılıb

Əfqanıstanda BMT ilə əməkdaşlıq edən jurnalistlər saxlanılıb


12-02-2022, 08:30. Yazar: Admin

Əfqanıstanda BMT ilə əməkdaşlıq edən jurnalistlər saxlanılıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı üçün çalışan 2 əcnəbi jurnalist və onları müşayiət edən əfqanlar saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə BMT-nin Cenevrə ofisi məlumat yayıb.

Qurumdan bildirilib ki, jurnalistlər Kabildə saxlanılıblar. Hadisənin səbəbləri məlum deyil. Jurnalistlərdən biri 20 ildir Əfqanıstanda işləyən BBC müxbiri Endryu Nortdur.


Geri dön