Ana Sayfa > Karusel / Gündəm > Bu ölkə öz vətəndaşlarının Ukraynaya səfərini qadağan ETDİ

Bu ölkə öz vətəndaşlarının Ukraynaya səfərini qadağan ETDİ


12-02-2022, 00:24. Yazar: Admin

Bu ölkə öz vətəndaşlarının Ukraynaya səfərini qadağanETDİ

Cənubi Koreya Xarici İşlər Nazirliyi Ukraynaya səyahət üçün maksimum təhlükə səviyyəsini tətbiq edərək vətəndaşlarının bu ölkəyə səfərini qadağan edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

“Ukraynadakı vəziyyətlə əlaqədar olaraq hökumət fevralın 13-dən etibarən Ukraynanın bütün ərazisi üçün təcili olaraq 4-cü səviyyəli səyahət xəbərdarlığı (səyahət qadağandır) tətbiq etmək qərarına gəlib”, - Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd olunur ki, dövlət səviyyəsində qabaqlayıcı tədbirlərin tətbiqi Ukrayna ərazisində vəziyyətin pisləşməsinə hazırlıqla bağlıdır.

Bildirilir ki, əgər vətəndaşlar xarici dövlətin ərazisini tərk etməsələr, Cənubi Koreya qanunlarına uyğun olaraq onları cəza gözləyir.


Geri dön