Ana Sayfa > Karusel / Gündəm > Rusiyanın Baş Qərargah rəisi amerikalı həmkarı ilə danışıb

Rusiyanın Baş Qərargah rəisi amerikalı həmkarı ilə danışıb


11-02-2022, 22:21. Yazar: Admin

Valeri Gerasimov

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov amerikalı həmkarı Mark Milli ilə telefonla danışıb.

Qarabaginfo.az-ın “Ria Novosti”yə istinadla xəbərinə görə, telefon söhbətində beynəlxalq təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.

Rusiya Müdafiə Nazirliyinin məlumatına bildirilir ki, fevralın 11-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin rəisi Mark Milli arasında telefon danışığı olub. Hərbi rəhbərlər beynəlxalq təhlükəsizliklə bağlı aktual məsələləri müzakirə ediblər.


Geri dön