Ana Sayfa > Karusel / Gündəm > Siciliyada Etna vulkanı yenidən aktivləşib

Siciliyada Etna vulkanı yenidən aktivləşib


11-02-2022, 21:20. Yazar: Admin

Siciliyada Etna vulkanı yenidən aktivləşib

Avropadakı bir neçə aktiv vulkandan biri, İtaliyanın cənubundakı Etna kül və lava püskürüb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

İtaliya mətbuatının məlumatına görə, vulkanın cənub-şərq krateri ərazisində püskürmə ötən gecə başlayıb və gecə saatlarına qədər davam edib. Kül sütunlarının hündürlüyü 10 km-ə çatıb.

Vulkan püskürməsi səbəbindən ada ətrafında uçuşlar üçün "qırmızı kod" xəbərdarlığı edib.

Siciliya adasında yerləşən, hündürlüyü təxminən 3 min metr olan vulkan bir neçə aydır ki, püskürmür.


Geri dön