Ana Sayfa > Karusel / Gündəm > Türkiyədə daha 253 koronavirus xəstəsi vəfat edib

Türkiyədə daha 253 koronavirus xəstəsi vəfat edib


11-02-2022, 21:03. Yazar: Admin

Türkiyədə daha 253 koronavirus xəstəsi vəfat edib

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 253 nəfər ölüb.

Qarabaginfo.az-ın xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 458 min 142 nəfərin test edildiyi, 95 min 065 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 85 min 758 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.


Geri dön