Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın 2 hakimi ali beynəlxalq kateqoriyaya yüksəlib

Azərbaycanın 2 hakimi ali beynəlxalq kateqoriyaya yüksəlib


11-02-2022, 20:53. Yazar: Admin

Azərbaycanın 2 hakimi ali beynəlxalq kateqoriyaya yüksəlib

Azərbaycanın güləş üzrə daha 2 hakimi ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına sahib çıxıb.

Federasiyadan Qarabaginfo.az-a verilən məlumata görə, Bu barədə Dünya Güləş Birliyi (UWW) qərar qəbul edib.

UWW ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyevlə Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib Azərbaycan referilərinin sayı 3-ə çatıb.

Tokio-2020 Yay Olimpiya Oyunlarında ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir.

Qeyd edək ki, olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə malik olan hakimlər idarə edir.


Geri dön