Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin Təhlükəsizlik Şurasını çağırdı, MDB ölkələri ilə münasibətləri müzakirə etdi
Ana Sayfa > Karusel / Region > Putin Təhlükəsizlik Şurasını çağırdı, MDB ölkələri ilə münasibətləri müzakirə etdi

Putin Təhlükəsizlik Şurasını çağırdı, MDB ölkələri ilə münasibətləri müzakirə etdi


11-02-2022, 17:23. Yazar: Admin

Rusiya prezidenti Vladimir Putin bu gün fevralın 11-də Təhlükəsizlik Şurasının iclasını keçirib, iclasda Rusiyanın  MDB ölkələri ilə münasibətləri müzakirə edib.  Bu barədə Kremlin rəsmi saytı bildirir.

“Son hadisələr göstərir ki, bütün bu işlər (postsovet məkanında, - red.) müsbət nəticə verir, bu işlər gərəklidir. Biz bu gün o haqda danışacağıq ki, son illərdə bu istiqamətdə yaradılmış mexanizmləri necə təkmilləşdirmək olar”, - Putin bildirib. 

“Bizim burada çoxlu təşəbbüslərimiz, aparıcı tərəfdaşlarımızla çox yaxşı dialoqumuz var”, - Rusiya prezidenti əlavə edib. Putin vurğulayıb ki, söhbət Rusiyanın Avrasiya İqtisadi İttifaqı və KTMT üzrə tərəfdaş-ölkələrindən gedir.(virtualaz.org)


Geri dön