Ana Sayfa > Karusel / Sosial > Azərbaycanda su təminatının 23 faiz azalacağı proqnozlaşdırılır

Azərbaycanda su təminatının 23 faiz azalacağı proqnozlaşdırılır


11-02-2022, 16:46. Yazar: Admin

 

Milli Elmlər Akademiyası nə iş görür? - ARAŞDIRMA

“BMT-nin İnkişaf Proqramı 2021-2050-ci illərdə iqlim dəyişikliyi ilə əlaqəli quraqlıqlar nəticəsində Azərbaycanda su təminatının 23 faiz azalacağını proqnozlaşdırır”.

Qarabaginfo.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Bərabərlik, müxtəliflik və inklüzivlik: su bizi birləşdirir” mövzusunda konfransda deyib. O, Beynəlxalq Təbii Resurslar İnstitutunun quraqlıqla üzləşəcək ölkələr haqqında tərtib etdiyi siyahıda Azərbaycanın 2040-cı ildə ilk 20 ölkənin sırasında olacağı bildirilib.

“Sudan daha səmərəli istifadə etmək üçün suvarma sisteminə daha qənəetedici texnologiyaları inteqrasiya etmək zəruridir”, - deyə qeyd edən İ.Hüseynova bölgənin iqliminin dərindən öyrənilməlisinin və daha düzgün planlama aparılmasının əhəmiyyətinə toxunub. Akademik qeyd edib ki, sudan istifadənin səmərəliliyini və kənd təsərrüfatının məhsuldarlığını artırmaqla yanaşı, şirin su ehtiyatlarını toplamaq və təkrar istifadə etmək, eləcə də tullantı sularından istifadənin təhlükəsizliyini artırmaq üçün addımlar atılmalı, iqlim dəyişikliklərinə adaptiv kənd təsərrüfatı sistemlərinin qurulmasına çalışmalıyıq.

“Su resurslarının idarə olunmasında gender bərabərliyinin inteqrasiyası iqlim dəyişikliyi şəraitində bütün əhalinin ehtiyaclarının nəzərə alınmasına və risklərin azalmasına səbəb ola bilər”, - deyə AMEA-nın vitse-prezidenti qeyd edib. O, gender bərabərliyinin su siyasətinə inteqrasiyası üçün bir sıra tədbirlərin görülməsinin vacibliyindən danışıb. Bildirib ki, su çatışmazlığı ilə bağlı gender əsaslı məlumatların toplanması və işlənməsi, qadınların iqlim dəyişikliyi və su resurslarının idarə edilməsində iştirakını artırmağa yönələn layihələrin həyata keçirilməsi, su ilə bağlı problemlərin həlli üçün qadınlara alternativ gəlir mənbələrinin yaradılması bu cür tədbirlərdən ola bilər.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev çıxış edərək Nazirlik adından elm sahəsində fəaliyyət göstərən qadınları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

O, rəhbərlik etdiyi şöbədə su problemləri ilə yaxından məşğul olduqlarını bildirib. F.Tağıyev bu gün ölkəmizdə su ehtiyatlarından istifadə məsələlərinə toxunaraq, bu ehtiyatların 80-90 faizinin kənd təsərrüfatında suvarma zamanı istifadə olunduğunu nəzərə çatdırıb.

“Azərbaycanda kənd təsərrüfatı sahəsi əsasən suvarılan əkin sahələri üzərində qurulub”, - deyə bildirən F.Tağıyev ölkəmizdə yetişən məhsulların böyük əksəriyyətinin suvarılan torpaqlardan əldə edildiyini qeyd edib.

Şöbə müdiri Azərbaycanda su balansının formalaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, ölkəmizin su ehtiyatlarının 70 faizinin ölkə xaricində formalaşdırıldığını deyib, bu probleminin ciddi risk təşkil edən məsələlərdən olduğunu vurğulayıb. Əlavə edib ki, dövlət başçısının müvafiq sərəncamı ilə yaradılmış komissiya bu istiqamətdə ciddi işlər görür.


Geri dön