Ana Sayfa > Karusel / Siyasət > Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib
Xarici İşlər Nazirliyində kollegiya iclası keçirilib11-02-2022, 16:22. Yazar: Admin |
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib. Bu barədə Qarabaginfo.az-a XİN-dən məlumat verilib. Bildirilib ki, iclasda kollegiya üzvləri xarici işlər nazirinin müavinləri, ADA Universitetinin rektoru, XİN-in Hüquqi Təminat İdarəsinin rəisi və Naxçıvan İdarəsinin rəisi iştirak ediblər. İclasda Azərbaycan Respublikasının xarici siyasətinin hazırkı durumu və inkişaf istiqamətləri, xarici dövlətlərlə ikitərəfli münasibətlər, o cümlədən cari ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi ilə bağlı tədbirlərin təşkili, beynəlxalq təşkilatlar ilə əlaqələr, o cümlədən ölkəmizin Qoşulmama Hərəkatında, ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda sədrliyi, eləcə də kadr məsələləri və digər mövzular müzakirə edilib. Geri dön |