Ana Sayfa > Karusel / Siyasət > Türkiyə Prezidenti: "Azərbaycanla bağlı hadisələr müsbət istiqamətdə davam edir"
Türkiyə Prezidenti: "Azərbaycanla bağlı hadisələr müsbət istiqamətdə davam edir"11-02-2022, 16:22. Yazar: Admin |
“Azərbaycanla bağlı hadisələr müsbət istiqamətdə davam edir. Bu bizi sevindirir”. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “Rusiya-Ukrayna arasındakı gərginlik diqqətimizdədir. Əlbəttə, dünyadan qopuq siyasi liderlik olmaz. Dünyanı - həm Avropanı, həm də Amerikanı yaxından izləyirik. Həmçinin Liviyada baş verənlər də diqqətimizdədir”, - dövlət başçısı bildirib. Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu. Türkiyə Prezidentinin ötən gün verdiyi test mənfi çıxıb. O, bu gündən özünütəcriddən çıxıb. Geri dön |