Ana Sayfa > Karusel / Dünya > Ərdoğan: "Vaksinlər sayəsində xəstəliyi yüngül keçirdim"
Ərdoğan: "Vaksinlər sayəsində xəstəliyi yüngül keçirdim"11-02-2022, 16:11. Yazar: Admin |
“Xəstəliyi yüngül keçirdim. Təbii ki, burada vaksinin də faydası oldu. Mən iki “Sinovac”, üç “BioNTech” vaksini vurdurmuşam”. Qarabaginfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. “Peyvəndlərin təsiri ilə xəstəliyi rahat şəkildə və qısa zamanda geridə qoydum”, - dövlət başçısı vurğulayıb. Onun sözlərinə görə, həyat yoldaşı Əminə Ərdoğanın xəstəliyi hələ ki keçməyib: “Ümid edirəm ki, qısa zamanda sağalacaq”. Qeyd edək ki, fevralın 5-də R.T.Ərdoğan və xanımı Əminə Ərdoğan koronavirusa yoluxmuşdu. Türkiyə Prezidentinin ötən gün verdiyi test mənfi çıxıb. O, bu gündən özünütəcriddən çıxıb. Geri dön |