Ana Sayfa > Karusel / Dünya > Rumıniyada yerləşdiriləcək NATO qüvvələrinə Fransa rəhbərlik etmək istəyir
Rumıniyada yerləşdiriləcək NATO qüvvələrinə Fransa rəhbərlik etmək istəyir11-02-2022, 14:59. Yazar: Admin |
Rumıniyada yerləşdirilməsi planlaşdırılan NATO-nun döyüşə hazırlıqlı hərbçilərindən ibarət qrupa Fransa rəhbərlik etmək istəyir. Qarabaginfo.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Rumıniyada Prezident Klaus Yohannislə birgə keçirdiyi mətbuat konfransında deyib. Stoltenberq bildirib ki, artıq Fransa bununla bağlı təklifini irəli sürüb. “Qara dəniz regionu bizim üçün strateji cəhətdən vacibdir. Alyansın iki üzvü Qara dəniz sahilində yerləşir, eyni zamanda, bizim tərəfdaşlarımız olan Ukrayna və Gürcüstan da bu regiondadır. Qara dəniz regionunun təhlükəsizliyi bizim üçün vacibdir”, - Stoltenberq vurğulayıb. Xatırladaq ki, NATO Baş katibi Yens Stoltenberq fevralın 10-da Britaniya Baş naziri Boris Consonla keçirdiyi mətbuat konfransında bildirib ki, alyans Rumıniyada döyüşə hazırlıqlı hərbçilərin yerləşdirilməsini nəzərdən keçirir. Geri dön |