Ana Sayfa > Karusel / Region > Rusiyada "An-2" təyyarəsi qəzaya uğradı, 2 nəfər öldü

Rusiyada "An-2" təyyarəsi qəzaya uğradı, 2 nəfər öldü


11-02-2022, 14:57. Yazar: Admin

Kamçatkada An-2 təyyarəsi qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan iki nəfər həlak olub. Bu barədə vilayətin qubernatoru Vladimir Solodov məlumat verib.

O bildirib ki, “Kamçatski Kreçet” MMC-yə məxsus olan yüngül motorlu təyyarə göyərtəsindəki yüklə Karaqin rayonunun Tımlat kəndinə yollanırdı. Ancaq havaya qalxandan az sonra qəzaya uğrayıb.

“Təyyarədə iki ekipaj üzvü olub. Fövqəladə Hallar Nazirliyinin ilkin məlumatına görə, onlar təyyarə qəzası və yanğın nəticəsində həlak olublar”, - deyə Vladimir Solodov “Teleqram” kanalında dərc olunan müraciətində bildirib.

Artıq ölənlərin cəsədləri tapılıb. Yanğınsöndürənlər alovu söndürüblər.

Faktla bağlı cinayət işi başlanıb.(virtualaz.org)


Geri dön