Ana Sayfa > Karusel / Gündəm > Kreml Makronun Rusiyada PCR-testdən imtina etməsini təsdiqlədi

Kreml Makronun Rusiyada PCR-testdən imtina etməsini təsdiqlədi


11-02-2022, 14:36. Yazar: Admin

 

Kreml Makronun Rusiyada PCR-testdən imtina etməsini təsdiqlədi

 

Kreml Fransa Prezidenti Emmanuel Makronun Rusiya Prezidenti Vladimir Putinlə görüşdən əvvəl PCR-test verməkdən imtina etməsi barədə məlumatları təsdiq edib. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri peskov açıqlayıb.

Bildirib ki, bu səbəbdən də görüş zamanı Putinlə Makron arasında uzun məsafə qoyulub.

Xatırladaq ki, daha əvvəl xarici mediada Makronun COVID-19 testindən keçməklə bağlı Kremlin tələbini rədd etməsi barədə məlumat yayılıb. “Reuters”in məlumatına görə, Makrona seçim imkanı verilib: ya o, Rusiyada PCR testi verməklə razılaşır və Putinə yaxınlaşmağa icazə verilir, ya da imtina etməklə sosial məsafəni saxlayır. Makron testdən imtina etdiyindən görüşdə tərəflər arasında uzun masadan istifadə olunub.


Geri dön