2021-ci ildə Böyük Britaniya iqtisadiyyatının artım tempi 7,5% təşkil edib ki, bu da 1941-ci ildə bəri qeydə alınan ən yüksək artım tempidir.
Qarabaginfo.az "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu göstərici "G-7" ölkələri arasında ən yüksək ÜDM artımıdır. COVID-19-un "Omicron" variantının yayılması səbəbindən ölkədə ÜDM dekabrda 0,2% azalıb.
İqtisadiyyatın kəskin illik artımı fonunda, İngiltərə Bankının ("Bank of England") artan inflyasiyanı cilovlamaq üçün daha qəti faiz artımına gedəcəyi gözlənilir.
Xatırladaq ki, pandemiya səbəbindən Böyük Britaniya iqtisadiyyatı 2020-ci ildə 9,4% azalıb.(Apa)