“İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı Dövlət Əmək Müfəttişliyi Xidmətinin əmri ilə yaradılmış komissiya tərəfindən aparılır”.
Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.
O bildirib ki, təhqiqatlar zamanı 327 zərərçəkənə bununla bağlı akt verilib:
“301 sayda bədbəxt hadisənin təhqiqatı aparılıb. Bu təhqqiatlar nəticəsində həm də işəgötürənlərə müvafiq tapşırıqlar verilib” – o deyib.