Ana Sayfa > Karusel / Region > Jirinovskinin vəziyyəti lap pisləşdi

Jirinovskinin vəziyyəti lap pisləşdi


11-02-2022, 11:27. Yazar: Admin

Moskvanın Mərkəzi klinik xəstəxanasına COVID-19 diaqnozu ilə yerləşdirilən LDPR lideri Vladimir Jirinovskinin vəziyyəti daha da pisləşib. Bu barədə URA.RU özünün Telegram kanalında öz mənbələrinə istinadən yazır.

Bildirilir ki, siyasətçi artıq öz yaxın qohumlarını belə tanımır. Vəziyyəti ağırdır və həkimlər yaxşılığa doğru heç bir proqnoz vermirlər.

Fevralın 9-da Jirinovski koronavirus fonunda inkişaf etməyə başlayan ikitərəfli pnevmoniya ilə xəstəxanaya yerləşdirilib. Ağciyərlərin zədələnmə səviyyəsi bir tərəfdən 30 faiz, digər tərəfdən isə 50 faiz idi. Siyasətçini süni nəfəs aparatına qoşublar, lakin vəziyyət proqressivləşən şəkərli diabet səbəbindən ağırlaşmağa davam edir.(virtualaz.org)


Geri dön