Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda "Elektron möhür" tətbiq olunacaq

Azərbaycanda "Elektron möhür" tətbiq olunacaq


11-02-2022, 11:13. Yazar: Admin

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda "Elektron möhür"ün tətbiqini planlaşdırır.

Qarabaginfo.az  xəbər verir ki, bu barədə nazirliyə məxsus “AzInTelecom" MMC-nin kommersiya direktoru Ruslan Əliyev məlumat verib.

O, bu barədə yeni nəsil rəqəmsal imzanın (SIMA) təqdimat mərasimində danışıb.

Şirkət rəsmisi həmçinin bildirib ki, SİMA vasitəsilə vətəndaşlar istədikləri vaxt banka müraciət edəcəklər: "Bilirsiniz ki, bu gün insanlar banka fiziki olaraq yalnız iş vaxtlarında müraciət edə bilirlər. Amma SİMA ilə günün istənilən saatında banklara sorğu verə bilərlər və 24 saat ərzində müvafiq cavab ala bilərlər. Gələcəkdə isə yeni nəsil rəqəmsal imza vasitəsilə bank kartı olmadan ödəniş etmək imkanı da tətbiq ediləcək".


Geri dön