Ana Sayfa > Karusel / Təhsil > Bakıda məktəb binasından özünü atmaq istəyən şagird dərsə gəlmir? - AÇIQLAMA
Bakıda məktəb binasından özünü atmaq istəyən şagird dərsə gəlmir? - AÇIQLAMA11-02-2022, 11:03. Yazar: Admin |
Məktəb binasının üçüncü mərtəbəsində pəncərənin kənarına çıxaraq özünü atmaq istəyən yeddinci sinif şagirdi hələ də dərsə gəlmir. Qarabaginfo.Az xəbər verir ki, bu barədə “Xəzər” televiziyaya açıqlamasında paytaxtın Suraxanı rayonunda yerləşən E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov deyib ki, şagirdi bu addımı atmağa sövq edən ailə məişət zəminində olan problemlər olub: “Ata ilə ana yola getməyib. Valideynlərlə söhbət olunub. Şagird evlərindədir, dərsə gəlmir. Şagird dərsə gəldikdən sonra psixoloqlar onunla çalışacaq”. Qeyd edək ki, sözügedən məktəbin yeddinci sinif şagirdi məktəb binasının üçüncü mərtəbəsində pəncərəyə çıxaraq özünü atmaq istəyib. Məktəb kollektivinin cəld davranması nəticəsində baş verə biləcək bədbəxt hadisənin qarşısı alınıb. Geri dön |