Ana Sayfa > Karusel / Təhsil > Magistraturaya sənəd qəbulu başa çatıb

Magistraturaya sənəd qəbulu başa çatıb


11-02-2022, 10:52. Yazar: Admin

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar başa çatıb, YENİLƏNİB

2022/2023-cü tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulu başa çatıb.

Qarabaginfo.az-ın Dövlət İmtahan Mərkəzinə istinadən xəbərinə görə, fevralın 1-dən başlayan sənəd qəbulunun vaxtı bu gün saat 10:00-da bitib.

Ümumilikdə ərizəsini təsdiq edən bakalavrların sayı 17093 olub, onlardan 15649-sı Azərbaycan, 1444-ü rus bölməsindəndir.

Qeyd edək ki, magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.


Geri dön