Ana Sayfa > Karusel / Dünya > ABŞ Ukraynaya daha 130 tonluq hərbi yardım göndərib
ABŞ Ukraynaya daha 130 tonluq hərbi yardım göndərib11-02-2022, 10:43. Yazar: Admin |
ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib. Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb. Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur: “Daha 2 hərbi təyyarə Kiyevə çatıb. Bu, ABŞ-ın 15-ci hərbi yardımıdır. Hərbi yardımların ümumi çəkisi 1200 tondan çoxdur”. Eyni zamanda hərbi yardımın gələcəkdə də davam etdiriləcəyi bildirilib. Qeyd edək ki, bundan əvvəl sonuncu hərbi yardım fevralın 9-da göndərilmişdi. Rəsmi Vaşinqton Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədər Kiyevə dəstək göstərəcəyinə razılıq verib. Geri dön |