Ana Sayfa > Karusel / İqtisadiyyat > Nazirlər, Komitə sədrləri və İcra başçıları nə qədər maaş alırlar 

Nazirlər, Komitə sədrləri və İcra başçıları nə qədər maaş alırlar 


16-04-2019, 12:06. Yazar: Admin

 


Azərbaycanda Nazirlər Kabineti üzvləri və İcra başçıları arasında ən yüksək maaşı Baş nazr alır.
Qarabaginfo "Yeniavaz.com"a istinadən xəbər verir ki,  Azərbaycanən Baş nazirinin aylıq vəzifə maaşı 2460 manat təşkil edir. Eyni zamanda bu vəzifə maaşının üzərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25%-i məbləğində aylıq əlavə pul təminatı verilir. Bu isə o demkdir ki, Baş nazirinin ay ərzində aldığı pul vəsaiti  3075 manata (2460 + 615) bərabərdir.
Azərbaycan Respublikası Prezidentinin 13 mart 2018-ci ildə imzaladığı "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında" Sərəncamına əsasən Nazirlərin, Komitə sədrlərinin və İcra başçılarının aylıq maaşı və bu maaşın 25%-i həddində əlavə pul təminatı aşağıdakı kimi müəyyən edilib:
-  Baş nazir - 2460 + 610= cəmi 3 075 manat
-  Baş nazirin birinci müavini  - 
2160 + 540= cəmi 2 700 manat
-  Baş nazirin müavini  - 
2060 + 515 = cəmi 2 575 manat
-  Nazir və Komitə sədri  - 
1925 + 481,25 = cəmi 2 406,25 manat
-  Bakı şəhər İcra hakimiyyəti başçısı  - 
1925 + 481,25 = 2 406,25 manat
-  Gəncə və Sumqayıt şəhərlərinin İcra hakimiyyəti başçısı  - 
1280 + 320 = cəmi 1 600 manat
-  100 mindən çox əhalisi olan rayon İcra hakimiyyəti başçısı - 
1045 + 261,25 = cəmi 1 306,25 manat
-  50-100 min əhalisi olan rayon İcra hakimiyyəti başçısı - 
990 + 247,5 = cəmi 1 237,5 manat
-  50 min nəfərədək əhalisi olan rayon İcra hakimiyyəti başçısı - 
880 + 220 = cəmi 1100 manat

Geri dön