Ana Sayfa > Karusel / Region > İrakli Kobaxidze: "Kiyev Saakaşvilinin ekstradisiyasını tələb etməyib"

İrakli Kobaxidze: "Kiyev Saakaşvilinin ekstradisiyasını tələb etməyib"


11-02-2022, 08:35. Yazar: Admin

Mixail Saakaşvili

 

Ukrayna həbsdə olan keçmiş prezident Mixail Saakaşvilini Gürücüstana təhvil vermək üçün müraciət etməyib.

Qarabaginfo.az “RİA Novisti”yə istinadən xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib. O, Saakaşvilini Ukrayna üçün baş ağrısı adlandırıb.

“Saakaşvili ukraynalıların başağrısıdır. Ukrayna Saakaşvilini bizə təhvil verilməkdə maraqlı deyil”,- deyə Kobaxidze Gürcüstanın “Palitranews” telekanalının efirində açıqlama verib.

Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. Bundan əvvəl Gürcüstanda o, bankir Sandro Qirqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işlərində qiyabi mühakimə olunub.

Birinci halda Saakaşvili üç il, ikincidə isə altı il müddətinə azadlıqdan məhrum edilib.


Geri dön