Ana Sayfa > Karusel / İdman > Azad Rəhimov: "Formula 1" yarışlarına hazırlıqda heç bir problem və ləngimələr yoxdur"

Azad Rəhimov: "Formula 1" yarışlarına hazırlıqda heç bir problem və ləngimələr yoxdur"


15-04-2019, 10:41. Yazar: Admin

 

 

"Formula 1" yarışları üçün bilet satışları davam edir. Ən çox bileti Rusiya, İngiltərə, Monako, Niderland və Türkiyə vətəndaşları alıblar".

Bunu "Report"un sualına cavab olaraq gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, yarışların keçirilməsində heç bir məhdudiyyət yoxdur: "Demək olar ki, "Formula 1" yarışlarına 99 faiz hazırıq. Heç bir problem və ləngimələr yoxdur. Bundan əvvəlki 3 ildə hansı səviyyədə keçirilirdisə, bu il də eyni səviyyədə davam edir. Çox istəyərdik ki, 2017-ci ildə keçirilən "Formula 1" yarışları kimi bu il də maraqlı keçsin".


Geri dön