Ana Sayfa > Karusel / Gündəm > Bakıda üç avtomobil toqquşub

Bakıda üç avtomobil toqquşub


11-02-2022, 00:30. Yazar: Admin

Bakıda üç avtomobil toqquşub

Bakının Səbail rayonunda yol qəzası baş verib.

Qarabaginfo.az xəbər verir ki, qəza Salyan şossesində qeydə alınıb.

Belə ki, “BMW” markalı avtomobil hərəkətdə olan zaman “Toyota” markalı maşın qəfil manevr edib.

Zərbənin təsirindən “Toyota” şossedə olan “Nissan” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. (apa.az)


Geri dön