Ana Sayfa > Karusel / Gündəm > ABŞ-ın “F-15” döyüş təyyarələri Polşaya çatıb

ABŞ-ın “F-15” döyüş təyyarələri Polşaya çatıb


11-02-2022, 00:23. Yazar: Admin

ABŞ-ın “F-15” döyüş təyyarələri Polşaya çatıb

İngiltərədəki Leykenhit bazasından havaya qalxan ABŞ “F-15”ləri NATO-nun şərq cinahını dəstəkləmək üçün Polşanın Lask şəhərindəki 32-ci Taktiki Hava Bazasına çatıb.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak açıqlama verib.

"Bu gün ABŞ “F-15” döyüş təyyarələri NATO Hava Polisi missiyasının bir hissəsi olaraq şərq cinahını dəstəkləyəcək Lask aviabazasına gəldi. Təyyarələr fevralın sonuna qədər Polşada qalacaq", - Blaşçak bildirib.

NATO missiyası çərçivəsində Polşaya gələn Amerika döyüş təyyarələrinin Estoniya, Litva və Latviyanın olduğu 58-ci hava məkanı patruluna dəstək verəcəyi bildirilib.

Baltik hava polis qüvvələrinə dəstək verəcək “F15”lər uçuş planlarını və yerlərini bildirməyən Rusiya təyyarələrini aşkar etməyə kömək edəcəyi qeyd edilib.


Geri dön