Ana Sayfa > Karusel / Gündəm > OPEC Azərbaycanla bağlı proqnozunu açıqlayıb
OPEC Azərbaycanla bağlı proqnozunu açıqlayıb10-02-2022, 22:08. Yazar: Admin |
2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının 0,08 milyon barel/sutka artaraq orta hesabla 0,82 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Qarabaginfo.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib. Bildirilib ki, 2021-ci ilin dekabrında Azərbaycanda maye karbohidrogenlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 0,01 milyon barel/sutka artaraq 0,75 milyon barel/sutka təşkil edib. "Ümumilikdə, neft hasilatı əvvəlki ayla müqayisədə 6 min barel/sutka azalaraq orta hesabla 595 min barel/sutka təşkil edib. 2021-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatı il ərzində 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka olub. 2022-ci ildə sutkada 0,08 milyon barel artım proqnozlaşdırılır", - hesabatda deyilir. Geri dön |