Ana Sayfa > Karusel / Gündəm > Somalidə prezident sarayının yaxınlığında partlayış olub, ölənlər var

Somalidə prezident sarayının yaxınlığında partlayış olub, ölənlər var


10-02-2022, 18:29. Yazar: Admin

Somalidə prezident sarayının yaxınlığında partlayış olub, ölənlər var

Somalinin paytaxtında partlayış olub.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Moqadişoda prezident sarayının yaxınlığındakı qovşaqda baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb.

"Reuters" qeyd edir ki, partlayıcı qurğunu işə salan terrorçunun hədəfi seçki məntəqəsinə gedən seçiciləri daşıyan avtobus olub.

Sərnişinlərdən birinin sözlərinə görə, avtobusda olanlardan heç kim xəsarət almayıb. Partlayış zamanı küçədə kamikadzenin yanında olan insanlar həlak olub.


Geri dön