Ana Sayfa > Karusel / Gündəm > Stoltenberq və Zelenski arasında telefon danışığı olub

Stoltenberq və Zelenski arasında telefon danışığı olub


10-02-2022, 18:28. Yazar: Admin

Vladimir Zelenski, Yens Stoltenberq

NATO Baş katibi Yens Stoltenberq və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Yens Stoltenberq "Twitter"də bildirib.

Onun sözlərinə görə telefon danışığı zamanı Rusiyanın Ukrayna və onun ətrafında hərbi qüvvələrini toplaması müzakirə olunub.

"NATO çox dəyərli tərəfdaşımıza siyasi və praktiki dəstəyi davam etdirəcək. Biz Rusiyanı gərginliyi azaltmağa və sülh yolu ilə həll tapmaq üçün dialoq yolunu seçməyə çağırırıq", NATO Baş katibi qeyd edib.


Geri dön