Ana Sayfa > Karusel / Siyasət > SOCAR-ın birinci vitse-prezidentlərinin sayı ikiyə çatdırıldı
SOCAR-ın birinci vitse-prezidentlərinin sayı ikiyə çatdırıldı10-02-2022, 18:12. Yazar: Admin |
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” 2003-cü il tarixli Fərmanında dəyişiklik edib. Qarabaginfo.az xəbər verir ki, SOCAR-ın Nizamnaməsinin 5.19-cu bəndinə dəyişikliklər olunub. Belə ki, şirkətin İdarə Heyətinin sayı 14-dən 15-ə qaldırılıb. Eyni zamanda şirkətdə birinci vitse-prezident vəzifəsini icra edən şəxslərin sayı artırılaraq, 1-dən 2-yə çatdırılıb. Bununla şirkətin İdarə Heyəti Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 15 üzvdən – Şirkətin prezidentindən, Şirkətin iki birinci vitse-prezidentindən və 12 (on iki) vitse-prezidentdən ibarətdir. Bugünkü sərəncamdan sonra şirkətin birinci vitse-prezidentləri Xoşbəxt Yusifzadə və Rövşən Nəcəfdir. Hazırda Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib. Geri dön |