Ana Sayfa > Karusel / Siyasət > MDB Xarici İşlər Nazirləri Şurasının iclası oktaybrda Nur-Sultan şəhərində keçiriləcək
MDB Xarici İşlər Nazirləri Şurasının iclası oktaybrda Nur-Sultan şəhərində keçiriləcək10-02-2022, 18:03. Yazar: Admin |
MDB Xarici İşlər Nazirləri Şurasının iclası 13 oktyabr 2022-ci il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində keçiriləcək. Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov məlumat verib. Yevdokimovun sözlərinə görə, bu il Qazaxıstan bu təşkilata sədrlik etdiyi üçün 2022-ci ildə MDB xətti ilə bir sıra tədbirlər Nur-Sultan şəhərində keçiriləcək. O bildirib ki, may ayında hökumət başçılarının, oktyabrın 14-də isə Birliyin zirvə görüşü bu şəhərdə keçiriləcək. (report.az) Geri dön |