Ana Sayfa > Karusel / Gündəm > Bakıda baxımsız qalan 2 yaşlı uşaq dövlət nəzarətinə götürülüb

Bakıda baxımsız qalan 2 yaşlı uşaq dövlət nəzarətinə götürülüb


10-02-2022, 17:58. Yazar: Admin

Bakıda baxımsız qalan 2 yaşlı uşaq dövlət nəzarətinə götürülüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Nərimanov rayonunda baxımsız qalan iki yaşlı körpə ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Qarabaginfo.az-a bildirib ki, faktla bağlı quruma müraciət daxil olub.

Onun sözlərinə görə, Dövlət Komitəsi də məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda Daxili İşlər Nazirliyinə müraciət edib.

Bundan sonra uşağın yaşadığı ünvana baş çəkilib. Məlum olub ki, uşağın anası Belarus vətəndaşıdır, atası isə tüfeyli həyat tərzi sürür.

Bu səbəbdən uşaq oradan götürülüb və müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Həmçinin azyaşlı dövlətin nəzarətinə götürülüb.

Hazırda körpənin müayinələrinə başlanılıb. (report.az)


Geri dön