Ana Sayfa > Karusel / Gündəm > Dövlət Agentliyinə kəskin qiymət dəyişmələrinin qarşısını almaq vəzifəsi həvalə olunub

Dövlət Agentliyinə kəskin qiymət dəyişmələrinin qarşısını almaq vəzifəsi həvalə olunub


10-02-2022, 17:15. Yazar: Admin

Dövlət Agentliyinə kəskin qiymət dəyişmələrinin qarşısını almaq vəzifəsi həvalə olunub

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi daxili bazarda ölkənin strateji əhəmiyyətli malları üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının almalıdır.

Qarabaginfo.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, Agentliyin fəaliyyət istiqamətlərindən biri də ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması istiqamətində tədbirlər görməkdir.

Eyni zamanda ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısının alınması məqsədilə tədbirlər görmək Agentliyin vəzifələri sırasına daxildir.


Geri dön