Ana Sayfa > Karusel / Gündəm > Pensiyalar yeni artımla ödənilməyə başladı
Pensiyalar yeni artımla ödənilməyə başladı10-02-2022, 17:06. Yazar: Admin |
Dövlət Sosial Müdafiə Fondu fevral ayı üzrə pensiyaların ödənişinə başlayıb. Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib. 2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib. Bundan başqa, 2022-ci il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bölünməklə ilk 50 manatı da fevral ayınının pensiyasının üzərinə əlavə olunub. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək. Geri dön |