Ana Sayfa > Karusel / Gündəm > Xocavənddə ermənilərin tərk etdiyi mövqedən 11 top mərmisi tapılıb - FOTO

Xocavənddə ermənilərin tərk etdiyi mövqedən 11 top mərmisi tapılıb - FOTO


10-02-2022, 16:58. Yazar: Admin

Xocavənddə top mərmiləri aşkar edilib

 

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə silah, döyüş sursatları və partlayıcı vasitələrin aşkar olunaraq təhvil verilməsi istiqamətində intensiv tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayonun Zoğalbulaq kəndi ərazisindəki tərk edilmiş hərbi mövqedən erməni ordusuna məxsus atəşə yararlı top mərmiləri aşkar edilib. Aşkar edilən 11 mərmi və minaatan mərmilərinin istifadəsi üçün nəzərdə tutulan 1 sandıq barıt atımı aidiyyəti üzrə təhvil verilib.


Geri dön