Ana Sayfa > Karusel / Gündəm > Conson ölkəsinin Ukraynaya verəcəyi hərbi yardımdan danışıb
Conson ölkəsinin Ukraynaya verəcəyi hərbi yardımdan danışıb10-02-2022, 16:19. Yazar: Admin |
Boris Conson Rusiyanın Ukraynaya hücum edəcəyi halda Britaniyanın Kiyevə necə dəstək verə biləcəyi barədə suala cavab verib. Bu barədə Britaniya Baş naziri Boris Conson NATO Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında danışıb. Baş nazir deyib ki, Britaniya hərbçiləri ukraynalı hərbçilərə təlimlər keçiblər. "Biz bu ölkəyə daha nə təklif edə biləcəyimizi düşünəcəyik. Ukraynalılar yaxşı hazırlaşıblar, bizim təklif etdiyimiz elə şeylər var ki, onları əslində ehtiyacı yoxdur. Hazırda ayırdığımız paketin düzgün olduğunu düşünürük. Ancaq vurğulamaq istəyirəm ki, əgər belə bir vəziyyət yaranarsa və Ukrayna torpağında ciddi qan tökülərsə, bu, mütləq fəlakət olacaq", Britaniyanın hökumət başçısı bildirib. O deyib ki, toqquşmanın ağır nəticələri barədə Kremllə yanaşı, rus xalqı da düşünməlidir. "Rusiya əsgərlərinin qanı bahasına, iqtisadi cəhətdən ağır nəticələrin olacağı bu fəlakət onlara lazımdırmı? Rusiya bunu düşünməlidir". Geri dön |