Ana Sayfa > Karusel / Gündəm > SOCAR-ın iki birinci vitse-prezidenti olacaq

SOCAR-ın iki birinci vitse-prezidenti olacaq


10-02-2022, 15:35. Yazar: Admin

SOCAR-ın iki birinci vitse-prezidenti olacaq

Prezident İlham Əliyev ““Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imazlayıb.

Qarabaginfo.az-ın məlumatına görə, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bir deyil, artıq iki birinci vitse-prezidenti olacaq.

Qeyd edək ki, şirkətin fəaliyyətinə cari rəhbərliyi Şirkətin İdarə Heyəti həyata keçirir. Şirkətin İdarə Heyəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi 15 üzvdən – Şirkətin prezidentindən, Şirkətin iki birinci vitse-prezidentindən və 12 (on iki) vitse-prezidentdən ibarətdir.


Geri dön