Ana Sayfa > Karusel / Gündəm > “Zelenskinin nə düşündüyü heç kimin vecinə deyil” - Lavrov

“Zelenskinin nə düşündüyü heç kimin vecinə deyil” - Lavrov


10-02-2022, 15:17. Yazar: Admin

Qərbin Rusiyanı tarazlıqdan çıxarmaq üçün bir vasitə kimi Ukrayna Prezidenti Vladimir Zelenskiyə ehtiyacı var.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

 

“Prezident Zelenski panikaya düşməməyə çağırır, lakin görünür, bizim qərbli həmkarlarımıza prezident Zelenskiyə Rusiyanı tarazlıqdan çıxarmaq üçün bir vasitə lazımdır. Onun orada nə düşündüyü heç kimin vecinə deyil. İqtisadiyyat, Ukrayna büdcəsi, bütün bu hıçqırıqlar və mərsiyələrə görə sərmayələrin Ukraynadan necə qaçdığını görəcəyik”, - Lavrov Britaniya Xarici İşlər Naziri Liz Truss ilə danışıqlardan sonra deyib.


Geri dön