Ana Sayfa > Karusel / Sosial > Bu il 150-dən çox sosial xidmət layihəsi həyata keçiriləcək
Bu il 150-dən çox sosial xidmət layihəsi həyata keçiriləcək10-02-2022, 13:17. Yazar: Admin |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı üzrə 150-dən çox layihə həyata keçirməyi nəzərdə tutur. Nazirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, bu layihələr qurumun fəaliyyət istiqamətlərinə uyğun olmaqla, çətin həyat şəraitində olan, habelə sağlamlıq imkanları məhdud uşaqların və ailələrinin, ümumən xüsusi qayğıya ehtiyac duyan şəxslərin zəruri sosial dəstək, sosial reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunmasını nəzərdə tutur. Layihələr üzrə günərzi qayğı və icma əsaslı reabilitasiya mərkəzlərinin də yaradılması, müvafiq kateqoriyalardan olan şəxslərə sosial-psixoloji, nevroloji, pedaqoji və s. xidmətlər, habelə ailələrinə hüquqi məsləhət xidmətləri göstərilməsi nəzərdə tutulub. Eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması, autizm eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara reabilitasiya xidmətlərinin göstərilməsi, övladlığagötürmə, insan alverinə qarşı mübarizə və s. ilə bağlı təbliğat məqsədli layihələr icra olunacaq. Geri dön |