Ana Sayfa > Karusel / İdman > Azərbaycan millisi FIFA reytinqində geriləyib

Azərbaycan millisi FIFA reytinqində geriləyib


10-02-2022, 13:15. Yazar: Admin

 

Azərbaycan millisi FIFA reytinqində geriləyib

Azərbaycan millisi FIFA reytinqində ötən ayla müqayisədə bir pillə geriləyib.

Qarabaginfo.az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi komanda 2022-ci ilin ilk reytinq siyahısında 1139 xalla 121-ci pillədə qərarlaşıb.

Reytinqin ilk 3 pilləsində Belçika (1828), Braziliya (1826) və Fransa (1786) yer alıb. Türkiyə seçməsi 1472 xalla 37-cidir.


Geri dön