Ana Sayfa > Karusel / Gündəm > “Səhiyyə Nazirliyi 4-cü dozanı tövsiyə etməyib”

“Səhiyyə Nazirliyi 4-cü dozanı tövsiyə etməyib”


10-02-2022, 13:13. Yazar: Admin

 

 

“Azərbaycanda 4-cü dozanın vurulması Səhiyyə Nazirliyi tərəfindən tövsiyə edilməyib”. 

Qarabaginfo.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb. 

O qeyd edib ki, dünyada bir neçə ölkə 4-cü dozanın vurulmasına qərar verib: “Azərbaycanda belə bir qərar yoxdur. 3-cü doza özü könüllüdür, məcburi deyil. 4 və 5-ci dozanın vurulmasının elmi təsdiqi yoxdur. Vəziyyət daim izlənilir. Səhiyyə Nazirliyinin yanında Tibbi-elmi şuranın həftəlik iclasları olunur və qabaqcıl dünya təcrübəsi təhlil olunur”.


Geri dön