Ana Sayfa > Karusel / Gündəm > Ermənistanda 19 nəfər dövlətə xəyanətə görə saxlanıldı

Ermənistanda 19 nəfər dövlətə xəyanətə görə saxlanıldı


10-02-2022, 12:35. Yazar: Admin

Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətdə şübhəli bilinən 19 nəfəri saxlayıb.

Onlar xarici kəşfiyyat şəbəkəsinin ölkə ərazisində casusları hesab olunurlar.

Qarabaginfo.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, araşdırılan cinayət işi çərçivəsində xarici xüsusi xidmət orqanlarının əməkdaşlarının sosial şəbəkələrdəki saxta hesablar vasitəsilə Ermənistanda agent şəbəkəsi yaratdıqlarına dair sübutlar əldə edilib.

Məlumata görə, istintaq zamanı 30-dan çox axtarış aparılıb, cinayət işi üçün mühüm əhəmiyyət kəsb edən çoxsaylı sənəd və əşyalar müəyyən edilərək götürülüb, həmçinin xarici valyutada pulun köçürülməsini təsdiq edən çeklər aşkar edilib. 

Saxlanılanların əksəriyyəti hərbçilərdi. Onlardan bəzilərinin dövlətə xəyanəti etiraf etdiyi bildirilir.


Geri dön