Ana Sayfa > Karusel / Gündəm > Xankəndidə PARTLAYIŞ - Bir nəfər öldü, şəhər qazsız qaldı

Xankəndidə PARTLAYIŞ - Bir nəfər öldü, şəhər qazsız qaldı


10-02-2022, 12:26. Yazar: Admin
Xankəndidə PARTLAYIŞ – Bir nəfər öldü, şəhər qazsız qaldı

 

Xankəndidə partlayış olub, şəhər qazsız qalıb.

Qarabaginfo.az-ın məlumatına görə, Xankəndi şəhərini qazla təmin edən magistral kəmərdə boru partlayıb. Nəticədə şəhərə mavi yanacağın verilməsi dayandırılıb.

Ehtimal olunur ki, magistral qaz kəmərində qəzaya səbəb Kiçik Qaladərəsi (Kirov) qəsəbəsindəki qaz kəməri hissəsində boru kəmərinə icazəsiz və qanunsuz qoşulma nəticəsində baş vermiş partlayış olub.

Partlayış nəticəsində bir yerli sakin həlak olub, dağıntılar var.


Geri dön