Ana Sayfa > Karusel / Gündəm > Hande Harmancı: “ÜST hər zaman Azərbaycana dəstək olmağa hazırdır”
Hande Harmancı: “ÜST hər zaman Azərbaycana dəstək olmağa hazırdır”10-02-2022, 10:45. Yazar: Admin |
“Ümumdünya Səhiyyə Təşkilatı olaraq hər zaman Azərbaycana dəstək olmağa hazırıq”. Qarabaginfo.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı tibb işçilərinin davamlı tibbi təhsilinin dəstəklənməsi və infeksiyanın qarşısının alınması və nəzarət üzrə ləvazimatlarının təhvil verilməsi mərasimində çıxışı zamanı deyib. Onun sözlərinə görə, "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində Azərbaycanın tibb işçiləri 2021-ci ildə OpenWHO platformasında 15 000 kursda qeydiyyatdan keçib. Geri dön |