
Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.
Qarabaginfo.Az xəbər verir ki, Litvintsevin sərbəst proqramdakı çıxışı 155,04 xalla dəyərləndirilib.
Vladimir bu hərəkətdə 19-cu olub. Təmsilçimiz iki proqramın cəmində 239,19 xal toplayıb. Litvintsev ümumilikdə yarışı 24 idmançı arasında 18-ci yerdə başa vurub.
Qeyd edək ki, Olimpiya çempionu adına ABŞ təmsilçisi Natan Çen yiyələnib.
Xatırladaq ki, Azərbaycanın ikinci, həm də sonuncu fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də buz üstünə çıxacaq.
Geri dön
|