Ana Sayfa > Karusel / Gündəm > Paşinyan sərhəd razılaşmalarından danışdı: “Təklifimiz Azərbaycan üçün əlverişsiz deyil”

Paşinyan sərhəd razılaşmalarından danışdı: “Təklifimiz Azərbaycan üçün əlverişsiz deyil”


10-02-2022, 10:02. Yazar: Admin

“Ermənistanla Azərbaycan arasında dövlət sərhədi var, çünki hələ sovet dövründə iki ölkə arasında sərhəd var idi, bu sərhəd delimitasiya edilmiş və 1991-ci ildə MDB-nin yaradılması haqqında sazişlə həm Ermənistan, həm də Ermənistan parlamentləri tərəfindən ratifikasiya olunmuşdu. Azərbaycan bu sərhədləri tanıdı”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan paelamentdə çıxış edərkən deyib.

“Biz hesab edirik ki, sərhəd razılaşmaları bu məntiqlə həyata keçirilməlidir. Eyni zamanda, biz başqa təklifləri, başqa ideyaları da dinləməyə hazırıq”, - deyə baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, bu mövzuda erməni kəndlərinin müdafiəsiz qalacağına dair çoxlu əsassız fərziyyələr var və s.

“Belə bir şey yoxdur və təkliflər paketində hər şey nəzərə alınıb. Onu da etiraf etməliyik ki, bizim irəli sürdüyümüz təklif nə Ermənistan üçün 100% əlverişli, nə də Azərbaycan üçün əlverişsizdir. Sərhəd xətti var və biz hesab edirik ki, qoşunların çıxarılması bu sərhəd xətti boyunca aparılmalıdır, lakin qeyd etmək lazımdır ki, bu, gələcək demarkasiya nəticələrini əvvəlcədən müəyyən etmir, bu, müvafiq danışıqların mövzusu olmalıdır. Hesab edirəm ki, bu təkliflər legitim və hüquqi reallıqlara əsaslanır”, - Paşinyan bildirib.

Baş nazir parlamentarilərin bu təkliflərin mahiyyətinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasının vacibliyini qeyd edib, çünki bu vəziyyətin düzgün şərh edilməməsi bəzi qüvvələr tərəfindən sərhəddə yeni eskalasiyaya səbəb ola bilər.

“Bizim üçün qanuni və hüquqi reallıqları düzəltmək, eskalasiyanın daha da artmasının qarşısını ala biləcək belə effektiv mexanizmin olduğunu düzəltmək çox vacibdir”, - Paşinyan yekunlaşdırıb.


Geri dön