Ana Sayfa > Karusel / Siyasət > Kanadada koronavirus məhdudiyyətləri kütləvi etirazlar fonunda ləğv edilir

Kanadada koronavirus məhdudiyyətləri kütləvi etirazlar fonunda ləğv edilir


10-02-2022, 09:08. Yazar: Admin

Kanadada koronavirus məhdudiyyətləri kütləvi etirazlar fonunda ləğv edilir

Kanadanın bir çox əyalətlərində koronavirus pandemiyasına qarşı tətbiq edilən məhdudiyyətlər ləğv olunur.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məhdudiyyətlərin ləğvinə ilkin olaraq Alberta, Saskaçevan, Kvebek və Şahzadə Edvard Adasının səlahiyyətliləri qərar verib.

Albertada əvvəllər ictimai yerləri ziyarət etmək üçün tələb olunan peyvənd pasportlarından imtina olunub. Fevralın sonunda isə maska rejimi ləğv ediləcək.

Məhdudiyyətlərin aradan qaldırılması ölkənin bir sıra bölgələrində COVID-19-a qarşı tətbiq olunan tədbirlərə etirazlar fonunda baş verib.


Geri dön